İsrail ordusu Qəzzada jurnalistlərin çadırına hücum edib Dünya

İsrail ordusu Qəzzada jurnalistlərin çadırına hücum edib

İsrail ordusu Qəzza zolağının cənubunda Nasser xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra hücum edib.

Xan Yunus şəhərinə hücum zamanı jurnalist Hilmi əl-Fəqavi həyatını itirib, çoxlu sayda jurnalist yaralanıb.

Hücum zamanı yaralanan jurnalistlər müalicə olunmaq üçün Nasser Xəstəxanasına aparılıb.