

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada həftəsonu yağan güclü yağış daşqınlara səbəb olub.
Xalqcəbhəsi.az-ın “Demirören” Xəbər Agentliyinə istinadən məlumatına görə, paytaxtın bir çox yerlərində böyük fəsadlar törədən seldə 33 nəfərin həyatını itirdiyi, çoxlu sayda evin dağıldığı bildirilib.