

İsrail Suriyanın işğal etdiyi ərazilərində beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirir.
İsrail mətbuatı sionist ordusunun Suriyada işğal etdiyi ərazilərdə israillilər üçün turistik turlar təşkil edəcəyini bildirib.
Qeyd olunub ki, İsrail vətəndaşları üçün turistik turlar əvvəllər mülki şəxslərin nadir hallarda ziyarətinə icazə verilən əraziləri əhatə edəcək.
Tur çərçivəsində İsrail, Livan və Suriya sərhədlərinin qovşağında yerləşən Rukkad vadisi, eləcə də Hermon dağı (Cəbəl əl-Şeyx), Cəbəl əl-Rus və Yərmuk çayı yaxınlığındakı Hicaz dəmir yolu tuneli də ziyarət ediləcək.