İsrail maliyyə naziri: “Qəzzaya bir buğda dənəsi belə buraxılmayacaq” Dünya

İsrail maliyyə naziri: “Qəzzaya bir buğda dənəsi belə buraxılmayacaq”

Qəzzada humanitar böhran dərinləşməkdə davam edir.

İsrailin martın 2-dən bəri yardımı dayandırdığı Qəzzada yaşayan təxminən 2,3 milyon fələstinli aclıqla mübarizəni davam etdirir.

Xalqcəbhəsi.az “sabah.com.tr” saytına istinadən bildirir ki, Qəzzada çörəkbişirmə müəssisələri yardımların gəlməsinin qarşısının alınmasından sonra un və yanacaq çatışmazlığı səbəbindən bu ayın əvvəlindən ərzaq istehsal edə bilmir.

İsrail mediası ordunun gələcək həftələrdə Qəzzaya bir qədər humanitar yardım göndərəcəyini iddia edib.

Ancaq İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç konfransda xəbərin əksinə olaraq Qəzzaya bir buğda dənəsinin belə buraxılmayacağını söyləyib.