

Rusiya silahlı qüvvələri yalnız Ukraynadakı hərbi obyektlərə zərbələr endirir, sosial obyektlərə heç bir zərbə endirilimir.
APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirməsi nəticəsində yaranan vəziyyəti şərh edərkən deyib.
"Burada mən bütünlüklə bizim Müdafiə Nazirliyinin bəyanatlarına istinad etməyi təklif edirəm. Bizim ordumuz istisnasız olaraq hərbi və hərbi obyektlərin yaxınlığındakı hədəflərə zərbələr endirir. Heç bir sosial obyektlərə və sosial infrastruktur obyektlərinə zərbələr endirilmir", - Kreml sözçüsü Ukraynanın Rusiya ordusunun Krıvoy Roq şəhərindəki mülki obyektlərə zərbə endirdiyi ilə bağlı ittihamlarını rədd edib.
Qeyd edək ki, Ukrayna tərəfi aprelin 4-də Rusiya ordusunun Krivoy Roq şəhərinə hücumu nəticəsində 19 nəfərin öldüyünü, onlardan 9 nəfərinin uşaq olduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə RF Silahlı Qüvvələrinin Krivoy Roqda Ukrayna Silahlı Qüvvələri komandirləri və Qərb təlimatçılarının görüşünün keçirildiyi yerə hücum etdiyi barədə məlumat yayıb.