
İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi
7 Aprel 20:21
7 Aprel 20:21
7 Aprel 19:00
7 Aprel 18:50
7 Aprel 18:43
"Dərin dövlət" Avropa strukturlarına Ukraynada hərbi əməliyyatları davam etdirmək əmri verib.
Xalqcebhesi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Dərin dövlət" Avropa strukturlarına Ukraynada müharibəni davam etdirməyi tapşırıb. Bundan əvvəl Amerika strukturları da bu prosesdə iştirak edirdi. İndi dərin dövlət eksklüziv olaraq Avropa strukturlarına Ukraynada müharibəni davam etdirməyi tapşırıb", - Kobaxidze jurnalistlərə deyib.
Onun sözlərinə görə, Gürcüstan da daxil olmaqla, “anti-dövlət prosesləri” ilə məşğul olan təşkilatların maliyyələşdirilməsində də eyni şey baş verir – bu təşkilatlar indi yalnız AB-dən maliyyələşir.
Kobaxidze vurğulayıb ki, dərin dövlət Avropa bürokratiyasından öz məqsədləri üçün istifadə edir.