İran Türkiyəni "Mehdi" ilə qarışdıracaq - Şok Dünya

İran Türkiyəni "Mehdi" ilə qarışdıracaq - Şok

İran qonşu ölkələrə ABŞ-la gərginliyin artması fonunda Amerika qüvvələrinin öz ərazilərindən və ya hava məkanından istifadəsinə icazə verməyi “düşmən hərəkəti” kimi nəzərdən keçirəcəyi barədə xəbərdarlıq edib. Xəbərdarlıq notası verilən ölkələr arasında Türkiyə də var.

Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Mehmet Əli Önəl yazıb.

Onun sözlərinə görə, son zamanlar həm ABŞ, həm də İsrailin hücumlarına zəif cavab verən İran bu uğursuzluğu ört-basdır etmək üçün süni "Mehdi zühurunu" ortaya çıxaracaq:

“ABŞ və İsrailin təsiri ilə ərəb-fars savaşı indi çox yaxındır. CHP ölkə gündəmini boş şeylərlə zəbt edərkən, Türkiyə sərhədində böyük bir savaş başlayacaq. Ölkə rəhbərliyi CHP-nin çevrəsinə qapılmadan bu böyük savaşa hazırlaşmalıdır. Bölgədəki nüfuzunu tamamilə itirmiş İranın yeganə kozırı onun süni Mehdisidir!

Bölgədəki şiə əhalisini səfərbər etmək üçün "Mehdi" elan edəcəklər və özlərinin "Mehdi" adlandırdıqlarına biət etməyən Yaxın Şərqin bütün xalqlarına ölümcül hücum edəcəklər!

Türkiyə İranın süni Mehdisinin daxili cəbhədə yarada biləcəyi xaosu nəzərə alaraq öz hazırlıqlarını görməlidir”.