Tramp administrasiyası iyunun 14-də hərbi parad keçirməyi planlaşdırır Dünya

Tramp administrasiyası iyunun 14-də hərbi parad keçirməyi planlaşdırır

Prezident Donald Trampın administrasiyası iyunun 14-də paytaxt Vaşinqtonda hərbi parad keçirməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, tədbir ölkənin quru qoşunlarının 250 illiyinə və Trampın doğum gününə təsadüf edəcək.

İyunun 14-də onun 79 yaşı tamam olacaq.