
İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi
7 Aprel 20:21
7 Aprel 20:21
7 Aprel 19:00
7 Aprel 18:50
7 Aprel 18:43
Pekin ABŞ mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal olunan mallara tətbiq olunan rüsumlarını 104%-ə qaldıra bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə bu cür yüksək rüsumlar ABŞ tərəfindən yalnız o halda tətbiq ediləcək ki, prezident Donald Tramp əvvəlcədən verdiyi sözü həyata keçirərək mövcud rüsumları artıracaq.
Belə ki, o, Çinə qarşı 54%-lik artıq razılaşdırılmış rüsumlara 50% də əlavə edərək rüsumları 104 % edəcək.
Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara yeni rüsumların tətbiq olunduğunu açıqlayıb.