Razılaşmalara yaxınlaşırıq - Tramp Dünya

Razılaşmalara yaxınlaşırıq - Tramp

Rusiya, ABŞ və Ukrayna razılaşmalara yaxınlaşa bilər, lakin mövcud vəziyyət Vaşinqtonu qane etmir. Bunu Amerika lideri Donald Tramp deyib.

"Rusiya ilə görüşürük, Ukrayna ilə görüşürük. Və görünür, biz razılaşmalara yaxınlaşırıq. Bununla belə, son bir həftənin bütün bombardmanlarını bəyənmirəm. Bu, dəhşətlidir" .
Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun bazar ertəsi daha əvvəl qeyd etdiyi kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin bunun baş verməsi üçün bir neçə məsələ həll edilməlidir və hələlik onlar havadadır.

Cavid