Mayın 12-də seçki kampaniyasına start veriləcək Dünya

Mayın 12-də seçki kampaniyasına start veriləcək

Cənubi Koreya hökuməti Yunun impiçmentinin təsdiqlənməsindən sonra növbədənkənar prezident seçkiləri üçün iyunun 3-nü seçib.

Bu barədə ölkənin baş naziri,
dövlət başçısı vəzifəsini icra edən Han Dok Sunun ofisi məlumat yayıb.

Aprelin 4-də Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yunu hakimiyyətdən kənarlaşdırıb və seçkilər 60 gün ərzində keçirilməlidir. Səsvermənin əvvəllər siyasətçilərə daha çox vaxt vermək üçün 60 gün ərzində keçiriləcəyi gözlənilirdi.

Aprelin 8-də baş nazirin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri də iyunun 3-ü müvəqqəti istirahət günü elan ediblər. Prezidentliyə namizədlərin ilkin qeydiyyatı aprelin 4-də başlayıb. Tam qeydiyyat mayın 11-də başa çatacaq, mayın 12-də isə seçki kampaniyasına start veriləcək.

Cavid