Mask şəxsən Trampdan yeni tariflərə yenidən baxmağı xahiş edib Dünya

Mask şəxsən Trampdan yeni tariflərə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampa bir sıra ölkələrdən idxal olunan ABŞ-ın yeni tariflərinə yenidən baxılması xahişi ilə şəxsən müraciət edib.

Bu məlumatı “The Washington Post” qəzeti yayıb.

Nəşr bildirir ki, ötən həftə sonu Mask sosial mediada Ağ Evin baş məsləhətçilərindən birini aqressiv qiymət planına görə tənqid edib. Milyarderin hətta Trampla şəxsən əlaqə saxladığı da qeyd edilir. Lakin mənbələrin məlumatına görə, bu cəhd hələ ki, uğurlu olmayıb.

Üstəlik, qəzet yazır ki, bazar ertəsi Tramp keçən həftə elan etdiyi 34 faizlik vergilərə əlavə olaraq Çindən idxala 50 faizlik yeni tariflər tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Cavid