
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Türkiyənin Malatya bölgəsində yaxınları bir müddət xəbər almadığı 72 yaşlı qocanı (Mehmet Zeki Eser) ərazidəki tələbə yataqxanasının zirzəmisində ağacdan asılmış vəziyyətdə tapıb. Vəziyyəti dərhal Təcili Zəng Mərkəzinə bildirən vətəndaşların xəbərdarlığı üzərinə hadisə yerinə çox sayda polis və tibb komandası göndərilib.
Xalqcəbhəsi.az “A haber”ə istinadən qeyd edir ki, sağlamlıq qrupları onun həyatını itirdiyi bildirib. Polis qrupları hadisə yerində təhlükəsizlik tədbirləri görərkən, ilkin araşdırmalarda hadisənin intihar ola biləcəyi təyin edilib. Şəxsin cansız bədəni yarılma üçün Ədliyyə Tibb Qurumuna aparılıb. Ölümün dəqiq səbəbi isə yarılma nəticəsində müəyyənləşəcək.
Hadisə ilə bağlı araşdırmalar davam edir.