Ukraynanın daha 23 PUA-sı məhv edilib Dünya

Ukraynanın daha 23 PUA-sı məhv edilib

Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə ərzində Belqorod və Kursk vilayətləri üzərində Ukraynaya məxsus 23 pilotsuz təyyarəni məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 23 pilotsuz uçuş aparatını məhv edib: 19-u Kursk vilayəti, 4-ü Belqorod vilayəti ərazisi üzərində", - Müdafiə Nazirliyi bildirir.

Cavid