Türkiyədə iki işçi avtobusu toqquşub, 18 nəfər yaralanıb Dünya

Türkiyədə iki işçi avtobusu toqquşub, 18 nəfər yaralanıb

Türkiyənin Tekirdağ vilayətinin Mütəşəkkil Sənaye Bölgəsindən Veliköyə doğru gedən 59 S 2100 dövlət nömrə nişanlı xidməti mikroavtobus əks tərəfdən gələn 59 AHA 513 dövlət nömrə nişanlı işçi avtobusu ilə toqquşub. Hər iki avtomobil bariyerlərə çırpılaraq dayanıb.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, hadisə yerinə çox sayda polis, sağlamlıq qrupları gəlib. Qəzada yaralanan 18 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili tibbi yardım maşını ilə Çerkezköy və Çorludakı xəstəxanalara aparılıb.