Filippində Kanlaon vulkanı püskürüb Dünya

Filippində Kanlaon vulkanı püskürüb

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) Kanlaon vulkanının yerli vaxtla saat 05:51-də aktivləşdiyini açıqlayıb.

Açıqlamada bildirilib ki, ilkin məlumatlara görə, püskürmə zamanı vulkandan 4000 metr yüksəkliyə kül səpilib. Regional stansiyadakı kameralardan, püskürən lavanın yamaclardan aşağı endiyi görülüb.
Bildirək ki, Kanlaon vulkanı 2024-cü ilin iyun və dekabr aylarında da aktiv idi. Püskürmələrdən sonra Kanlaon vulkanı üçün xəbərdarlıq səviyyəsi 2-dən 3-ə yüksəldilmişdi.