İsrailin Qəzzada jurnalistlərin çadırına hücumu nəticəsində ağır yaralanan daha bir jurnalist dünyasını dəyişib Dünya

İsrailin Qəzzada jurnalistlərin çadırına hücumu nəticəsində ağır yaralanan daha bir jurnalist dünyasını dəyişib

Ötən gün İsrail ordusunun Xan Yunus şəhərində jurnalistlərin qaldığı çadıra hücumu zamanı yaralanan və bədənində ağır yanıq xəsarətləri olan jurnalist Əhməd Mənsur dünyasını dəyişib.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən xəbər verir ki, İsrailin dünən Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində jurnalistlərin qaldığı çadıra hücumu nəticəsində 1 jurnalist ölüb, 9-u jurnalist olmaqla 10 nəfər yaralanmışdı. Bombardmandan sonra fələstinli jurnalist Hilmi əl-Fəqavinin çadırda yanaraq öldüyü bildirilmişdi.

Əhməd Mənsurun vəfatı ilə İsrailin 2023-cü ilin oktyabrın 7-dən etibarən Qəzzaya hücumlarında öldürülən jurnalistlərin sayı 211-ə yüksəlib.