1140-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi Dünya

1140-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1140-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 50 279 PUA-sı, 601 zenit-raket kompleksi, 22 721 tank və digər zirehli texnikası, 1 534 reaktiv yaylım atəş sistemi, 23 353 artilleriya və minaatanı, 33 790 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.