Çinin müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırıldı Dünya

Çinin müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırıldı

Çinin Ukraynadakı müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb.

"Biz Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdıq", - o bildirib.

Nazirin sözlərinə görə, bu, Çin vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda ehtimal olunan iştirakı ilə bağlıdır.