Kimsə bizi aldatmağa çalışmasın, imkan verməyəcəyik Dünya

Kimsə bizi aldatmağa çalışmasın, imkan verməyəcəyik

Rusiya Ukrayna məsələsinin sülh yolu ilə həlli üzrə ciddi dialoq aparmağa hazırdır, lakin danışıqlar prosesindən Kiyev rejiminin hərbi potensialının gücləndirilməsi üçün istifadə olunmasına imkan verməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Biz müvafiq ciddi və praktiki dialoqa hazırıq, lakin heç kimin bizi aldatmasına və birbaşa və ya dolayısı ilə bu danışıqlar prosesindən Kiyev rejiminin hərbi potensialının gücləndirilməsi üçün istifadə etməsinə imkan verməyəcəyik”, - deyə o bildirib.