İzmit körfəzində tankerdə yanğın baş verib Dünya

İzmit körfəzində tankerdə yanğın baş verib

Mərmərə dənizində, İstanbul yaxınlığında yerləşən İzmit körfəzində “Hafnia Africa” adlı tankerin göyərtəsində yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, dənizə yanacaq sızması qeydə alınmayıb.

Hazırda mütəxəssislər yanğının söndürülməsi istiqamətində işləri davam etdirirlər.