
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
17 Aprel 19:29
17 Aprel 17:14
17 Aprel 10:17
“Sadəlövh insanlar düşünür ki, Tramp rəhmə gəldi və sərt tarif qərarını 90 gün təxirə saldı. Xeyr, bu belə deyil. Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Bəli, cəmi 10 dəqiqə”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
E.Əmirov bildirib ki, amma müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır: “Siyasətdə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir.
Ölümcül virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir.
Amma bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.
Tramp öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır. Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur.
Bu hadisə bir daha sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani effekt yarada bilmir.
Beləliklə, müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində, universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri artıq işləmir. Artıq dünyanın yeni Adam Smitlərə, Devid Rikardolara, Con Millərə, Con Keynslərə və yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var”.