Qəzzada son 24 saatda 40 nəfər ölüb Dünya

Qəzzada son 24 saatda 40 nəfər ölüb

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla bildirir ki, İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda həyatını itirən 40 nəfərin cəsədi və 146 yaralı bölgədəki xəstəxanalara çatdırılıb.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.