
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
17 Aprel 19:29
17 Aprel 17:14
17 Aprel 10:17
İrana qarşı təhdidlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərinin ölkədən çıxarılmasına, BMT-nin nüvə agentliyi ilə əməkdaşlığın dayandırılmasına səbəb ola bilər.
APA xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani “X” hesabında yazıb.
“Xarici təhdidlərin davam etməsi və İrana hərbi hücum ehtimalı AEBA müfəttişlərinin ölkədən çıxarılması və əməkdaşlığın dayandırılması kimi çəkindirici tədbirlərə gətirib çıxara bilər”, - Xameneinin müşaviri qeyd edib.
O əlavə edib ki, zənginləşdirilmiş materialların təhlükəsiz və açıqlanmayan yerlərə daşınması da nəzərdən keçirilə bilər.
Qeyd edək ki, şənbə günü İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Omanda görüş keçiriləcək. ABŞ Prezidenti Donald Tramp bildirib ki, İslam Respublikası ilə danışıqlar uğursuzluqla nəticələnərsə və zərurət yaranarsa, ABŞ hərbi addımlar atacaq, İsrail də bu işə qarışacaq. “Lazım gələrsə, hərbi əməliyyatlara əl atacağıq. İsrail mütləq bu məsələyə qarışacaq”, - Tramp qeyd edib.