Paşinyanın qatı antirus kadrı Peterburqa gedir Dünya

Paşinyanın qatı antirus kadrı Peterburqa gedir

Ermənistan parlamentinin sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyası Şurasının işində və plenar iclaslarında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.

Xalqcebhesi.az erməni mediasına istinadla xəbər verir ki, Simonyan aprelin 16-19-da Ermənistan parlamentinin iki deputatı ilə birlikdə Rusiyaya səfər edəcək.

Qeyd edək ki, Simanyon Paşinyan komandasının ən qatı antirusiya kadrı hesab edilir.