Türkiyə Ermənistana nə qədər mal ixrac edib? – Rəsmi Dünya

Türkiyə Ermənistana nə qədər mal ixrac edib? – Rəsmi

Türkiyə Ticarət Nazirliyi və İxracatçılar Birliyi ölkənin 2025-ci ilin birinci rübü üçün qonşulara ixrac göstəricilərini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Türkiyənin birinci rübdə qonşulara ixracı artıb.

Belə ki, ən yüksək ixrac göstəricisi İraqa olub – 2 milyard 563 milyon dollar. İkinci yerdə Bolqarıstan (1 milyard 176 milyon dollar), üçüncü yerdə Yunanıstan (910 milyon dollar), dördüncü yerdə İran (544 milyon dollar), 5-ci yerdə Gürcüstan (539 milyon dollar) qərarlaşıb.

Suriyaya da ixrac kəskin artıb – ötən ilin eyni dövrü ilə müqayisədə 31,2% artım - 507 milyon dollar.

Bu ilin birinci rübündə Türkiyədən Azərbaycana ixrac 495 milyon 156.34 min dollar olub (ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% az).

Sonuncu yerdə 106 min dollarla Ermənistan qərarlaşıb. Ötən ilin eyni dövründə Ermənistana ixrac 124 min idi.