
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Britaniya Ukrayna remilitarizasiya olunana qədər 5 il onun ərazisində qoşun yerləşdirmək imkanını nəzərdən keçirir.
Bu barədə “Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
London və Parisdə müzakirə edilən plana əsasən, guya hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün münaqişə həll edildikdən sonra Qərb qoşunları Ukraynaya “çəkindirici qüvvə” kimi göndərilə bilər.
Nəşrin qeyd etdiyi kimi, Fransa Ukraynada Qərbin hərbi kontingentinin olacağı təqdirdə Rusiyanın gələcəkdə hərbi əməliyyata başlamağa risk etməyəcəyinə inanır.
Qəzetin yazdığına görə, Kiyevin hərbi imkanları bərpa edildikdən sonra Qərb qoşunlarının mərhələli şəkildə
çıxarılmasının həyata keçiriləcəyi güman edilir.
"Daily Telegraph" əlavə edib ki, London və Parisin rəhbərlik etdiyi “istəklilər koalisiyası” quru qoşunlarını göndərməklə yanaşı, Ukraynanın hava və dəniz məkanının mühafizəsini təmin etmək niyyətindədir.
Aprelin 10-da NATO-nun Brüsseldəki mənzil-qərargahında münaqişə həll edildikdən sonra Qərbin Ukraynadakı hərbi missiyasında iştirak etmək istəyən ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.
Cavid