

ABŞ prezidenti Donald Tramp Nyu Yorkda Hudson çayına düşən turist helikopterinin görüntülərini "dəhşətli" adlandırıb.
Onun sözlərinə görə, hadisənin təfərrüatları yaxın vaxtlarda açıqlanacaq. "Hudson çayında dəhşətli helikopter qəzası. Belə görünür ki, altı nəfər - pilot, iki böyük və üç uşaq artıq aramızda deyil. Qəzanın görüntüləri dəhşətlidir", - Amerika lideri TruthSocial sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, ABŞ-ın nəqliyyat naziri Şon Daffi qəzanın səbəblərini araşdırır.
Xatırladaq ki, helikopter cümə axşamı yerli vaxtla saat 15:15-də çaya düşüb. Fövqəladə hadisə nəticəsində pilot da daxil olmaqla 6 nəfər həlak olub. Hadisədən dərhal sonra mətbuatda təyyarədə İspaniyadan olan bir ailənin olması xəbəri yayılıb. Daha sonra Almaniyanın “Siemens” konserninin İspaniya filialının rəhbəri Aqustin Eskobar, onun həyat yoldaşı və üç övladının öldüyü barədə məlumatlar ortaya çıxıb.
Cavid