

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Belqorod və Kursk vilayətləri üzərində Ukraynanın 30 pilotsuz təyyarəsini məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Növbəti hava hücumundan müdafiə sistemləri Ukraynanın 30 təyyarə tipli pilotsuz uçan aparatını məhv edib və ələ keçirib”, - məlumatda deyilir. 25 pilotsuz təyyarənin Kursk vilayətində, daha 5-nin isə Belqorod vilayətində məhv edildiyi dəqiqləşdirilir.
Cavid