XİN: İran ABŞ-la danışıqlarda diplomatiyaya şans verir Dünya

XİN: İran ABŞ-la danışıqlarda diplomatiyaya şans verir

İran ABŞ-la danışıqlarda diplomatiyaya şans verir.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sosial media hesabında yazıb.

“Ciddi və səmimi sayıqlıqla biz diplomatiyaya əsl şans veririk”, - o bildirib.

Diplomat qeyd edib ki, ABŞ İranın dialoqa razılıq verməsini qiymətləndirməlidir: “ABŞ üstünlük təşkil edən qarşıdurma halına baxmayaraq, formalaşan bu qərarı dəyərləndirməlidir”.

Onun sözlərinə görə, İran tərəfi şənbə günü aparılacaq danışıqlarda ABŞ-ın mövqeyini qiymətləndirdikdən sonra cavab verəcək.

“Biz qarşı tərəfin niyyətini qiymətləndirəcəyik. Buna uyğun olaraq düşünüb cavab verəcəyik”, – Bəqai əlavə edib.

Qeyd edək ki, sabah Omanda İran və ABŞ arasında danışıqlar keçiriləcək. Danışıqlara İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.