
Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!
24 Aprel 22:43
24 Aprel 22:43
24 Aprel 21:17
24 Aprel 21:14
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 19-27 mart tarixləri arasında 23 vilayətdə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 105 şübhəlinin ələ keçirildiyini açıqlayıb.
Ə.Yerlikaya İŞİD-ə qarşı əməliyyatların Respublika Baş Prokurorluğu, Jandarma Baş Komandanlığı TEM Şöbəsi və Təhlükəsizlik Baş İdarəsi TEM Şöbəsinin koordinasiyasında İl Polis İdarələri və İl Jandarma Komandanlıqları tərəfindən aparıldığını bildirib.
Nazir şübhəlilərin İŞİD üzvü olduqlarının, terror təşkilatına maliyyə verdiklərinin və sosial media hesabları vasitəsilə İŞİD-in təbliğatını apardıqlarının müəyyən olduğunu və çox sayda təşkilati sənəd və rəqəmsal materialın ələ keçirildiyini bildirib: “Ölkəmizin hər bir bölgəsində əmin-amanlığın təmin edilməsi üçün ilin 365 günü gecə-gündüz terror təşkilatlarına qarşı apardığımız əməliyyatlar fasiləsiz davam edir. Valilərimizi, əməliyyatların koordinasiyasını həyata keçirən Baş Prokurorluğumuzu, əməliyyatları həyata keçirən qəhrəman polis və jandarmamızı təbrik edirəm".