

Çin ABŞ-dan idxal olunan məhsullara rüsumları 125%-ə qaldırıb.
APA xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.
Məlumata əsasən, Çin sabahdan etibarən ABŞ məhsullarına tarifləri 84%-dən 125%-ə qaldıracaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib.