Putin və Trampın xüsusi nümayəndələri Peterburqda görüşüblər Dünya

Putin və Trampın xüsusi nümayəndələri Peterburqda görüşüblər

Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.

APA-nın Rusiya bürosu xəbər TASS-a istinadən verir ki, görüş Sankt-Peterburqdakı “Grand Europe” otelində baş tutub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff bu gün Rusiyaya səfər edib.

Rusiya prezidenti Vladimir Putin də bu gün Sankt-Peterburqa səfər edib. Kreml hələlik təsdiqləməsə də, Putinin Peterburqda Trampın xüsusi nümayəndəsini qəbul edəcəyi ilə bağlı məlumatlar yayılıb.