Qəzzalıların Suriyanın şimalında tikilməkdə olan düşərgəyə yerləşdiriləcəyi ilə bağlı iddialar təkzib edilib Dünya

Qəzzalıların Suriyanın şimalında tikilməkdə olan düşərgəyə yerləşdiriləcəyi ilə bağlı iddialar təkzib edilib

Suriyanın şimalındakı Ahterin şəhərinin yerli məclisi Beran kəndində tikilməkdə olan düşərgənin qəzzalılar üçün hazırlandığı iddiaları ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada düşərgənin tikintisinin Baas rejiminin süqutundan aylar əvvəl başladığı və düşərgədə müvəqqəti çadırlarda yaşayan suriyalı ailələrin yerləşdiriləcəyi qeyd edilib.
Qəzzalıların düşərgəyə yerləşdiriləcəyi ilə bağlı sosial mediada paylaşılan xəbərin həqiqəti əks etdirmədiyi vurğulanan açıqlamada düşərgə layihəsinin Qəzza hadisələri ilə heç bir əlaqəsinin olmadığı bildirilib.