Rusiyanın keçmiş xarici işlər naziri agent elan edildi Dünya

Rusiyanın keçmiş xarici işlər naziri agent elan edildi

Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozırevi xarici agent elan edib.

Xalqcebhesi.az xəbər verir ki, Kozırev Rusiya hakimiyyətinin qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasətlə bağlı etibarsız məlumatlar, eləcə də Rusiya Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yanlış məlumatlar yayıb.

Qeyd olunur ki, o, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib.