
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
Çinin ABŞ mallarının idxalına tətbiq etdiyi tariflər şənbə günündən etibarən 125%-ə yüksələcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Gömrük Vergi Komissiyasının məlumatında deyilir.
Bildirilib ki, bu, ABŞ-ın Çindən idxal üçün qarşılıqlı tarifləri 125%-ə qədər artırmasından sonra həyata keçirilib.
Komissiyasının məlumatında bildirilir ki, ABŞ tərəfindən Çin məhsullarına həddindən artıq yüksək gömrük rüsumlarının tətbiqi beynəlxalq ticarət və iqtisadi qaydaları ciddi şəkildə pozur, əsas iqtisadi qanunlara və sağlam düşüncəyə ziddir və birtərəfli zorakılıq və məcburiyyətdən başqa bir şey deyil.
Komitə hesab edir ki, ABŞ daha yüksək tariflər tətbiq etsə belə, bunun iqtisadi mənası olmayacaq və nəticədə dünya iqtisadi tarixinə “zarafat” kimi düşəcək.
Qeyd edək ki, Tramp Çindən idxala rüsumu artıq 145%-ə qaldırıb.