Putinlə Uitkoff arasında görüş 5 saat çəkdi Dünya

Putinlə Uitkoff arasında görüş 5 saat çəkdi

19:33

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edək ki, Uitkoff Putini əlini ürəyinin üzərinə qoyaraq salamlayıb. Yaxınlaşdıqda isə əlsıxmadan sonra ayaqüstü söhbət ediblər. Birgə foto çəkdiriblər və görüşün keçiriləcəyi zala daxil olublar.

Qeyd edək ki, görüş mətbuata qapalı keçirilir.

***

Vladimir Putinlə Stiv Uitkoff arasında görüş başa çatıb.

RİA Novosti danışıqların təxminən 5 saat davam etdiyini bildirib.