
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
NATO-nun ən böyük düşməni NATO-nun özüdür.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avro-Atlantik ictimaiyyətin bütün səyləri yeni müharibəyə hazırlığa yönəlib:
"Almaniya, Fransa və İngiltərə burada ön plandadır. Təhlükəsizliyi təmin etmək üçün yaradılmış Avro-Atlantik strukturlar dağılıb".
Lavrov bildirib ki, Moskva və Vaşinqton ABŞ-ın birgə layihələr təklifini müzakirə edir, Rusiya bunu rədd etməyib:
“Rusiya ilə ABŞ arasında həmişə irəliləyiş potensialı var, normal münasibətlər qurula bilər. Rusiya və ABŞ diplomatik nümayəndəliklərin işinin normallaşdırılmasından başlayaraq, ikitərəfli münasibətləri müzakirə edir, Moskva da Vaşinqtonla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir".