Pekində qəribə xəbərdarlıq: Arıqlar küçəyə çıxmasın! Dünya

Pekində qəribə xəbərdarlıq: Arıqlar küçəyə çıxmasın!

Çinin paytaxtı Pekində və ətraf bölgələrdə güclü fırtına təhlükəsi səbəbilə çəkisi 50 kiloqramadək olan insanlara küçəyə çıxmamaq tövsiyə olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pekin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, küləyin sürəti saatda 150 kilometrə çata bilər ki, bu da çəkisi az olan insanları küləyin aparması riskini yaradır. Xəbərdarlıq Pekinlə yanaşı Hubey vilayətini və Tyanjin şəhərini də əhatə edir. Belə bir çağırış Çin paytaxtında son 10 ildə ilk dəfə edilir.

Sinoptiklərin proqnozuna əsasən, bölgədə 17 ballıq şkala üzrə 11-13 ballıq güclü fırtına gözlənilir.

Qurum sakinləri yüksək binaların, reklam lövhələrinin, müvəqqəti qurğuların və iri ağacların yaxınlığında dayanmamağa çağırıb.