ABŞ bu halda İrana güzəşt edə bilər - "Axios" Dünya

ABŞ bu halda İrana güzəşt edə bilər - "Axios"

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişini təmin etmək üçün güzəştə getməyə hazır ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Maskatda dolayı danışıqlar müsbət nəticə verərsə, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçı arasında birbaşa dialoq aprelin 12-də və ya aprelin 13-də baş tuta bilər.

Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.