Araqçi və Uitkoff birbaşa danışıqlar aparıb Dünya

Araqçi və Uitkoff birbaşa danışıqlar aparıb

İran və ABŞ baş müzakirəçiləri Abbas Araqçi və Stiv Uitkoff dolayı danışıqların aparıldığı binanı tərk edərkən Omanın xarici işlər nazirinin iştirakı ilə qısa görüş keçiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bildirib.

“İki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları danışıqları tərk edərkən Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar”, - İran XİN-in məlumatında deyilir.