Bu ölkə çətinliyə düşdü – 32 milyard yardım edilir Dünya

Bu ölkə çətinliyə düşdü – 32 milyard yardım edilir

Argentinadakı ağır iqtisadi vəziyyətə görə beynəlxalq təşkilatlar ölkəyə 32 milyard dollara qədər yardım paketi elan ediblər.

Xalqcebhesi.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Argentinaya dörd il ərzində 20 milyard dollar, Dünya Bankı isə 12 milyard dollar ayırmağa hazır olduğunu bəyan edib.

Bundan əlavə, Amerikaarası İnkişaf Bankı üç il ərzində Argentinaya 10 milyard dollara qədər pul ödəməyi planlaşdırdığını açıqlayıb.

BVF 12 milyard dolların dərhal Argentinaya veriləcəyini bildirib.

Təşkilatın rəhbəri Kristalina Georgiyeva bildirib ki, bu, hökumətin islahatlar aparmaq, artımı stimullaşdırmaq və Argentina xalqının həyat səviyyəsini yaxşılaşdırmaq əzminə etimad səsverməsidir.