

14 Aprel 17:51
14 Aprel 17:05
Böyük Britaniyanın dəmir yolu naziri Lord Piter Hendi ikimərtəbəli avtobus sürərkən mobil telefonundan istifadə etdiyini etiraf edib.
Xalqcebhesi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə nazirin mətbuat katibi məlumat verib.
“Hadisə keçən ay olub. O, Londonda köhnə “Routemaster” avtobusunu idarə edərkən bir dostuna mesaj yazıb. Nazir bunu gizlətmək əvəzinə, səhvinə görə polislə əlaqə saxlayıb”, – deyə sözçü bildirib.
Lord Hendiyə yaxın mənbə, onun mümkün cərimələri qəbul edəcəyini söyləyib.
Həmçinin nazir görüntülər yayımlandıqdan sonra ictimaiyyətdən üzr istəyib.
Qeyd edək ki, bu, Britaniyada ilk belə hal deyil. Belə ki, keçmiş təhlükəsizlik naziri və deputat Tom Tuqendat 2022-ci ildə sükan arxasında olarkən telefonla danışıb və altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.