

14 Aprel 17:51
14 Aprel 17:05
17:36
İlk prezidentlik dövründə Donald Tramp Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya Krımın kimə məxsus olması ilə bağlı sual verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
“Görüşlərdən birində Tramp Poroşenkodan suala dürüst cavab istəyib. Poroşenko isə razılaşıb. Tramp ona daha da yaxınlaşıb və soruşub: “Mənə deyin, Krım Rusiyanındır?” - nəşr bildirib.
Poroşenko cavab verib ki, Krım 2014-cü ildə Rusiyanın ilhaqına qədər Ukraynanın olub və Trampdan bu sualı niyə ona verdiyini soruşub.
Amerika lideri cavabında rusiyalı dostuna istinadən “yarımada Rusiyanın olmalıdır” deyib.
Qeyd edək ki, Trampın birinci səlahiyyət müddəti bitməzdən əvvəl ABŞ administrasiyası rəsmi bəyanat yayaraq, Krımın Ukraynaya məxsus olduğunu bəyan etmişdi.