İsrail 48 saat boyunca Qəzzada 90 obyektə zərbə endirdi Dünya

İsrail 48 saat boyunca Qəzzada 90 obyektə zərbə endirdi

İsrail ordusu son 48 saat ərzində Qəzza boyunca 90 radikal hərbi obyektə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"İsrail ordusu 48 saat ərzində Qəzza zolağının hər yerində terror təşkilatlarına məxsus 90-dan çox hədəfi vurub", - qeyd olunub.

Bildirilib ki, hücum edilən hədəflər arasında silah anbarları, terrorçu qrupları və terror obyektləri olub.