Türkiyədə güclü zəlzələ: Əhaliyə xəbərdarlıq edildi Dünya

Türkiyədə güclü zəlzələ: Əhaliyə xəbərdarlıq edildi

Türkiyənin Amasya vilayətinin Taşova ilçəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerin 6,21 km dərinliyində qeydə alınıb. Dağıntı və tələfat olmasa da, yerli qurumlar əhaliyə tədbirli olmaları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu gün Vanda da 4 ardıcıl zəlzələ baş verib.