İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini zərərsizləşdirib Dünya

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini zərərsizləşdirib

İsrail Ordusu Qəzza zolağının Deir əl-Balah bölgəsində HƏMAS qruplaşmasının snayper dəstəsinin komandir müavini Ubeyd Naim əl-Xədhud Musanın zərərsizləşdirildiyini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ubeyd Naim əl-Xədhud Musa HƏMAS-ın Deir əl-Balah bölgəsindəki snayper dəstəsinin rəhbərinin müavini olub.

Bildirilib ki, o, hərəkətdə olan avtomobilində hədəf alınaraq məhv edilib.