

ABŞ Prezidenti Donald Tramp təyyarədə olarkən jurnalistlərə açıqlama verib.
Rusiyanın Ukraynanın Sumı şəhərinə hücumu ilə bağlı suala o, “Məncə qorxuncdur” deyə bildirib.
Bütün müharibələrin bərbad olduğunu qeyd edən Tramp, "Əgər mən prezident olsaydım, bu ölkə heç vaxt müharibənin başlamasına icazə verməzdi. Bu müharibə utanılacaq bir şeydir" deyib.
O, bu müharibənin başlamasının Baydenin günahı olduğunu vurğulayıb: “Bu, mənim müharibəm deyil. Bu, Baydenin müharibəsidir. Mən sadəcə onu dayandırmağa və çox sayda insanın həyatını xilas etməyə çalışıram".
Qeyd edək ki, Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə endirdiyi ballistik raket hücumunda 32 nəfərin ölüb, 99 nəfər yaralanıb.