Fələstinli istedadlı rəssam İsrailin hücumu nəticəsində həlak olub Dünya

Fələstinli istedadlı rəssam İsrailin hücumu nəticəsində həlak olub

22 yaşlı fələstinli rəssam Dina Xalid Zaurub İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həyatını itirib.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən bildirir ki, o, müharibədə həyatını itirən fələstinlilərin heyrətamiz portretləri ilə tanınıb.
Əsərlərində matəm, yaddaş və dirənişi kətana köçürən gənc rəssam Qəzzanın mədəni yaddaşında mühüm yer qazanıb. Onun son işi avtoportret idi və tamamlamadan dünyasını dəyişib.

Fələstin Mədəniyyət Nazirliyi Zaurubun ölümü ilə bağlı açıqlama yayıb və onu "sənəti ilə yaddaşı yaşadan istedadlı gənc qadın" kimi xarakterizə edib.

Açıqlamada sənətçinin ölümü Qəzzada davam edən soyqırımın daha bir faciəli səhnəsi kimi qiymətləndirilib.