Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşını ölkədən çıxarır Dünya

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşını ölkədən çıxarır

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına ölkəni tərk etmələri üçün 48 saat vaxt verib.

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

“Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşından 48 saat ərzində ölkəni tərk etmələrini tələb edib”, - Fransa XİN rəhbəri qeyd edib.

O bildirib ki, bu qərar Fransada üç Əlcəzair vətəndaşının həbsi ilə bağlıdır.

Nazir vurğulayıb ki, Əlcəzairin atdığı bu addım cavabsız qalmayacaq.